BirJob
Azerbaijan's job market in one search: about 10,000 open jobs from about 90 Azerbaijani job sites and employers' career pages, each listed once, plus Uzbekistan, Kazakhstan, Türkiye, Georgia and Kyrgyzstan. Search by role, city and salary, read a job's full text and apply link, match jobs to a CV, and (signed in) save jobs, track applications and saved searches.
Serveur MCP hébergé
npx add-mcp 'https://www.birjob.com/mcp'S’installe dans Claude Code, Codex, Cursor et plus
Documentation
Nə soruşmaq olar
BirJob-u əlavə etdikdən sonra köməkçiyə adi dildə yazın. O, cavabı BirJob-un vakansiyalarından verir: elanın tam mətnini oxuya, müraciət keçidini verə və hər elanın BirJob-dakı səhifəsinə keçid göstərə bilər. Məsələn, bunları kopyalayıb soruşun:
- «BirJob-da Bakıda mühasib vakansiyalarını tap»Kopyala
- «BirJob-da uzaqdan işləmək olan proqramçı vakansiyaları varmı?»Kopyala
- «BirJob-da maaşı 1500 manatdan yuxarı satış vakansiyalarını göstər»Kopyala
Axtarış üçün BirJob-da qeydiyyat, açar və ya ödəniş lazım deyil. İstəsəniz, köməkçiyə BirJob hesabınızdan istifadəyə də icazə verə bilərsiniz: onda o, vakansiyaları yadda saxlaya, müraciətlərinizi qeyd edə və saxladığınız axtarışlarda yeni elanları yoxlaya bilər. Köməkçi heç vaxt sizin adınızdan müraciət göndərə, elan yerləşdirə, şifrənizi görə və ya hesabınızı dəyişə bilməz.
Necə əlavə etmək olar
Köməkçinizi seçin, düyməni basın və üç addımı edin. Düymə köməkçinin qoşulma səhifəsini yeni pəncərədə açır; BirJob ünvanını oradakı sahəyə yapışdırın. Linki söhbətə yapışdırmaq kifayət deyil: köməkçi onda ünvanı adi səhifə kimi açır və vakansiyaları axtara bilmir.
ChatGPT
- Açılan Plugins səhifəsində + düyməsini basın və Add custom MCP server seçin.
- Ad: «BirJob». Server URL sahəsinə BirJob ünvanını yapışdırın və giriş üçün OAuth or no authentication seçin: axtarış girişsiz işləyir, hesabınızla bir iş görmək lazım olanda isə ChatGPT sizi BirJob-a daxil olmağa və icazə verməyə yönləndirəcək. Xəbərdarlığı təsdiqləyin və Create as a plugin basın.
- Yeni söhbətdə yazı sahəsinə @ yazın, BirJob-u seçin və yuxarıdakı suallardan birini verin. Növbəti sualda da BirJob-u yenidən @ ilə seçin.
ChatGPT-də belə qoşulma hələlik yalnız veb versiyada işləyir: Business, Enterprise və Edu planlarında bütün alətlərlə, Pro planında isə yalnız axtarış kimi oxuma alətləri ilə. Bir kliklə əlavə etmə imkanı tezliklə gələcək.
Claude
- Açılan Connectors bölməsində Add custom connector düyməsini basın.
- Ad: «BirJob». Remote MCP server URL sahəsinə BirJob ünvanını yapışdırın və Add basın. Başqa heç nə lazım deyil: köməkçi hesabınızla bir iş görmək istəyəndə Claude sizi BirJob-a daxil olmağa və icazə verməyə yönləndirir.
- Yeni söhbətdə alətlər menyusunda BirJob-un yandığını yoxlayın və yuxarıdakı suallardan birini verin.
Başqa köməkçi işlədirsiniz? Onun parametrlərində qoşulmalar (connectors) bölməsini açın, yeni qoşulma əlavə edin və BirJob ünvanını yapışdırın. Giriş üsulu kimi «OAuth» seçin (yalnız axtarış üçün «yoxdur» da olar). Menyu adları köməkçilərin yeniləmələri ilə dəyişə bilər.
Köməkçi nə tapa bilər
- Vakansiya axtarmaq: vəzifə və ya şirkət adına, şəhərə, ölkəyə, sahəyə, iş formatına (uzaqdan, hibrid, ofisdə), məşğulluq növünə (tam ştat, yarım ştat, təcrübə və s.), vəzifə səviyyəsinə və minimal maaşa görə; maaş istənilən valyutada axtarılır, amma valyutalar bir-birinə çevrilmir. Hər nəticədə maaş rəqəmləri, iş formatı, dərc tarixi və elanın qısa təsviri olur. Azərbaycandan başqa Özbəkistan, Qazaxıstan, Türkiyə, Gürcüstan və Qırğızıstan vakansiyaları da axtarılır.
- Elanı oxumaq: açıq elanın vəzifəsi, şirkəti, yeri, maaşı, dərc və son müraciət tarixi, elanın tam mətni, tələbləri, mənbəyi və müraciət keçidi. Bağlanmış elan üçün yalnız onun bağlandığı bildirilir.
- İşəgötürən tapmaq: şirkətin neçə açıq vakansiyası olduğu və BirJob-dakı şirkət səhifəsi.
- CV-yə uyğun vakansiyalar: köməkçiyə yazdığınız vəzifə, bacarıqlar və ya CV mətninə görə açıq vakansiyaları sıralayır və hər birinin niyə uyğun olduğunu deyir. İcazə versəniz, BirJob-dakı CV profilinizdən də istifadə edə bilər.
BirJob hesabınızla
Köməkçi hesabınızla bir iş görmək istəyəndə sizi BirJob-a daxil olmağa yönləndirir. BirJob icazə ekranında köməkçinin adını, brauzerin qayıdacağı ünvanı və nələri edə biləcəyini göstərir; yalnız siz təsdiq etsəniz icazə verilir. Bu, iş axtaran hesabları üçündür.
- Yadda saxlanmış vakansiyalar: saytdakı «Yadda saxlanılanlar» siyahınızın özü.
- Müraciətlər: hansı vakansiyaya müraciət etdiyinizi və vəziyyətini (maraqlanıram, müraciət etdim, müsahibə, təklif, imtina) qeyd edir. Müraciəti özü göndərmir.
- Saxlanmış axtarışlar: köməkçi axtarışı saxlayır və siz soruşanda son yoxlamadan bəri gələn yeni elanları göstərir. E-poçt göndərilmir.
Elan mətnindəki e-poçt ünvanları, telefon nömrələri və keçidlər köməkçiyə verilmir: onların yerində […] olur. Müraciət keçidi ayrıca verilir, elan səhifəsindəki «Müraciət et» düyməsinin açdığı ünvandır. Elanda yazılmayan məlumat (məsələn, maaş) boş qalır.
Hansı məlumat saxlanılır
BirJob köməkçinin sorğularını saxlamır. Yalnız gündəlik saylar qalır: hansı alətdən neçə dəfə istifadə olunduğu və nəticənin olub-olmadığı. Sorğunun mətni, IP ünvanı və köməkçinin adı yazılmır. Uyğun vakansiya tapmaq üçün köməkçinin göndərdiyi CV mətni və bacarıqlar yalnız həmin sorğu üçün istifadə olunur: saxlanılmır və qeydə yazılmır.
Köməkçiyə hesabınızdan istifadəyə icazə versəniz, BirJob bunları saxlayır: köməkçinin qeydiyyatını (özünün bildirdiyi adı və qayıdış ünvanları), verdiyiniz icazəni (hansı icazələr, nə vaxt verildiyi, son istifadə), giriş açarlarının yalnız heşlərini və köməkçinin sizin üçün etdiklərini: yadda saxlanmış vakansiyalar, müraciətlərin statusları və saxlanmış axtarışlar. CV profilinizi köməkçi yalnız oxuya bilər, ondan heç nə köçürülmür.
İcazəni istənilən vaxt profil səhifənizdə «AI köməkçiləri» bölməsindən geri ala bilərsiniz: köməkçi dərhal çıxışını itirir. Şifrənizi dəyişəndə də bütün köməkçilərin icazəsi bitir. Köməkçinin özünün söhbətlərinizi necə saxladığı onun öz məxfilik siyasətindən asılıdır.
Elanların başlıqları və təsvirləri iş saytlarından gəlir; köməkçi onları məlumat kimi göstərir. Ətraflı: Məxfilik Siyasəti.
Proqramçılar üçün
ChatGPT və ya Claude-u yuxarıdakı kimi qoşmusunuzsa, bu hissə sizə lazım deyil.
Texniki məlumatı göstər
Ünvan
MCP ünvanı: https://www.birjob.com/mcp
Növ: streamable HTTP
Giriş: axtarış üçün lazım deyil; hesab alətləri üçün OAuth 2.1 (PKCE S256, dinamik qeydiyyat; metadata /.well-known/oauth-protected-resource/mcp)
MCP (Model Context Protocol) süni intellekt köməkçilərinin saytlardakı axtarışdan istifadə etməsi üçün ümumi qaydadır. MCP-ni dəstəkləyən istənilən alətdə eyni ünvan «streamable HTTP» növü ilə əlavə olunur.
Bir kliklə quraşdırma
Alətlər
search_jobs: vakansiya axtarışı.get_job: bir elan.list_companies: işəgötürənlər və açıq vakansiyalarının sayı.similar_jobs: bir elana bənzəyən açıq vakansiyalar.new_since: verilən vaxtdan sonra gələn yeni elanlar.match_jobs: vəzifə, bacarıqlar və ya CV mətninə uyğun vakansiyalar (girişsiz; icazə ilə CV profili).
Hesab alətləri (giriş və icazə tələb edir):
save_job,get_saved_jobs,unsave_job: yadda saxlanmış vakansiyalar.track_application,get_applications: müraciətlərin statusu.create_job_alert,get_job_alerts,delete_job_alert,get_new_matches: saxlanmış axtarışlar və onların yeni elanları.
Limitlər
Bu, axtarışdır, bütün vakansiyaların toplu yüklənməsi deyil. Bir sorğu adətən 10, ən çox 25 nəticə qaytarır və bir axtarışın ən çox 20 səhifəsi oxunur; daha çoxu üçün köməkçi BirJob-da eyni axtarışın keçidini verir. Bir ünvandan dəqiqədə 60 sorğu və saatda 600 axtarış qəbul olunur. ChatGPT və Claude bütün istifadəçilərinin sorğularını öz serverlərindən göndərir, ona görə onların dərc etdiyi ünvanlardan gələn sorğulara bir ünvanınkından 20 dəfə böyük ümumi limit düşür: dəqiqədə 1200 sorğu və saatda 12000 axtarış. BirJob hesabı ilə daxil olmuş köməkçinin sorğularına həm də hesabın öz limiti düşür: bir hesab dəqiqədə 60 sorğu və saatda 600 çağırış edə bilər; ChatGPT və Claude-dan gələndə bu sorğular platformanın ümumi limitinə sayılmır.
Vakansiya məlumatları sizə tədqiqat və ya öz məhsulunuz üçün toplu şəkildə lazımdırsa, BirJob necə işləyir səhifəsində haradan alına biləcəyini yazmışıq.